45 dəqiqədə təmizlik

Yəqin ki, hər kəs çox qısa müddətə mənzili nizama salmaq problemi ilə dəfələrlə üz-üzə qalıb. Çox vaxt insanlar nədən başlamağı bilmədən mənzildə qaça-qaça düşürlər. Qarışıqlığın yaranmaması üçün nədən və necə başlamaq lazım olduğunu bilmək lazımdır.

Birinci mərhələ: mətbəx – 12 dəqiqə
İlk olaraq ümumi təmizlik etmək lazımdır. Bunun üçün 2 dəqiqə kifayət edəcək. Bütün lazımsız əşyalar mətbəx masasından yığışdırılmalıdır.
Ümumi təmizlikdən sonra qab-qacağı yumaq lazımdır.
Mətbəx səthlərinin təmizləməsinə başlamaq lazımdır. Bu məsələnin öhdəsindən gəlməyə mikro lifdən olan yumşaq dəsmal kömək edəcək.

Mətbəx texnikasının təmizliyi. Mikrodalğalı soba, soyuducu, qaz plitəsi və mətbəxdə olan digər texnikanı təmizləmək lazımdır.
Son olaraq döşəməni təmizləmək lazımdır. Əvvəl bütün qırıntıları və tozu süpürmək, sonra isə döşəməni silmək lazımdır.
Ardı →

Evi az vaxtda təmizləmək üçün

Bir azdan qonaqlar gələcək. Vaxtınız çox azdır. Yarım saata evi təmizləməlisiniz. Bu işdə biz də sizə kömək edə bilərik. Necə? Əlbəttə ki, bir neçə təklif verməklə!
 

* Ətrafda lazım olmayan qəzetləri, oyuncaqları, çantaları, ayaqqabıları, idman əşyalarını, DVD-ləri, kitabları yığışdırıb bir şkafa qoyun.

* Əlcəklərinizi geyinin, bütün təmizlik vəsaitlərini bir vedrəyə yığıb otaqdan-otağa keçdikcə özünüzlə daşıyın. Şüşətəmizləyənin köməyi ilə paslanmayan polad əşyalardan barmaq izlərini təmizləyin.

* Yemək masasının, şkafın tozunu nəm bezlə götürün. Şüşətəmizləyən və bir parça kağızla güzgüləri təmizləyin.

* Televizorun, musiqi alətlərinin, divardakı şəkillərin və bəzək əşyalarının tozunu tüklü tozgötürənlə alın. Zibil vedrəsini çölə qoyun.


Ardı →

Faydalı məsləhətlər

Torta qatacağınız qoz, fındıq tortda bərabər şəkildə yayılsın deyə, una buladıqdan sonra qatın. 

Peçenyeləriniz bərkiməsin deyə, tənəkə qutuda (yüksəkkeyfiyyətli metal qutu nəzərdə tutulur) saxlayın və yanına bir-iki dilim alma qoyun. 

Tərəvəzləri daha təmiz yumaq üçün 15-20 dəqiqə sirkəli suda saxlayın və sonra yuyun. 

Cemin xarlanmasının səbəblərindən biri də cemi qabdan sulu qaşıqla götürməkdir. Həmişə cemi götürərkən qaşığı salfet və ya dəsmalla qurulayın. 

 Cemin köpüklənməsini istəmirsinizsə, bişirərkən içinə qoz böyüklüyündə yağ atın. 


Ardı →

Ev işləri ilə adam arıqlayır

İdman üçün ayıracaq zamanınız yoxsa,Sizə ən uyğun arıqlama növü ev işləri görməkdir. Toz almaq,ütüləmək kimi cansıxıcı işlərin gündə nə qədər kalori əritdiyini bilirsinizmi? Ən çox sevmədiyiniz kirli qabları yumaq,vanna otağını təmizləmək kimi işlərin həm bədəni,həm də əzələləri çalışdırdığını bilirdinizmi?

Elə isə gəlin 30 dəqiqə qarşılığında əritdiyimiz Kalori miqdarına baxaq:

Toz almaq,yüksək rafları təmizləmək,pərdə taxıb-şıxarmaq: — 50 Kaloriev işləri qadını arıqladır

Ütüləmək,yatağı toplamaq, paltarları yerbəyer etmək: — 70 Kalori

Yemək hazırlamaq,Süfrəni qurmaq: — 80 Kalori

Döıəməni süpürmək və silmək: — 90 Kalori

Qabları yumaq,ortalığı toplamaq, əyiıib-qalxmaq: — 100 Kalori

Şüşələri silmək və maşın yumaq: — 150 Kalori

Vanna otağını təmizləmək və torbaları daşımaq:-- 200 Kalori

Pilləkənlə qalxmaq, Boya çəkmək: — 250 Kalori
Davamı →